Assosiasiyanın məqsədi Azərbaycanda fəaliyyət göstərən özəl təhsil
müəssisələrinin özünüidarə prinsipi əsasında səmərəli əməkdaşlığını
təmin etməklə Azərbaycanda özəl təhsil sektorunun inkişafına, özəl
təhsil sektoru daxilində qarşılıqlı əməkdaşlıqların
möhkəmləndirilməsinə, qlobal səviyyədə yüksək rəqabətli insan
kapitalının yetişdirilməsinə töhfə verməkdir. Həmçinin, ölkə ərazisində
fəaliyyət göstərən özəl təhsil müəssisələrinin ortaq maraqlarının dövlət
və qeyri-dövlət qurumlarında təmsil və müdafiə etməkdən ibarətdir.
Vəzifələrimiz
Dövlət təhsil siyasətinin prinsiplərinə riayət etmək;
Dövlət və özəl təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı
inkişaf etdirmək;
Özəl təhsil sektorunun inkişafı üçün əhəmiyyət kəsb edən məsələlərlə
bağlı qanunvericilik təşəbbüsü ilə çıxış etmək,
Hazırlanmış qanun layihələrinə dair rəy və təkliflərini müvafiq dövlət
orqanlarına təqdim etmək;
Özəl təhsil sektorunun rəqabətliliyinin təmin etmək məqsədilə sektorda
çalışanların peşəkarlıq səviyyəsinin arıtılması ilə bağlı tədbirlər
görmək;
Özəl təhsil müəssisələrinin fəaliyyətinin genişlənməsi, ümumi bazar
payının artırılması üçün ortaq fəaliyyətlər, o cümlədən bazar
tədqiqatları, sektoral araşdırmalar, təlimlər, təbliğat və təşviqat
fəaliyyətləri təşkil etmək;
Özəl təhsil müəssisələri arasında hər bir müəssisənin özünəməxsus
sistemini qorumaqla ümumi məsələlərlə bağlı (infrastruktur, yemək,
geyim, təhlükəsizlik, işçi və s.) standartlar formalaşdırmaq;
Özəl təhsil müəssisələrinin beynəlxalq platformalarda tanıdılması və
fəaliyyətinin genişləndirilməsi üçün müxtəlif fəaliyyətlərin icra
etmək;
Sektorun inkişafı üçün beynəlxalq qurumlardan qrantların, güzəştli
kreditlərin və digər maliyyə resurslarının əldə olunması istiqamətində
əməkdaşlıqları inkişaf etdirmək;
Özəl təhsil müəssisələrində inklüziv təhsil imkanlarının
genişləndirilməsi məqsədilə əməkdaşlıqlar qurmaq, xüsusi istedadı olan
və ya xüsusi öyrənmə ehtiyacı olan şagirdlər üçün ortaq təhsil
imkanlarını formalaşdırmaq.