Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Haqqımızda


“AZƏRBAYCAN ÖZƏL TƏHSİL MÜƏSSİSƏLƏRİ ASSOSİASİYASI” İctimai Birliyi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.
Birlik ümumi maraqlar əsasında birləşmiş, könüllülük və üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılmışdır.
Assosiasiyanın məqsədi Azərbaycanda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin özünüidarə prinsipi əsasında səmərəli əməkdaşlığını təmin etməklə Azərbaycanda özəl təhsil sektorunun inkişafına, özəl təhsil sektoru daxilində qarşılıqlı əməkdaşlıqların möhkəmləndirilməsinə, qlobal səviyyədə yüksək rəqabətli insan kapitalının yetişdirilməsinə töhfə verməkdir. Həmçinin, ölkə ərazisində fəaliyyət göstərən özəl təhsil müəssisələrinin ortaq maraqlarının dövlət və qeyri-dövlət qurumlarında təmsil və müdafiə etməkdən ibarətdir.